Azərbaycanın ən qədim şəhərlərindən
biri olan Şəki öz füsunkar təbiəti,nadir tarix-memarlıq abidələri,inkişaf etmiş
sənətkarlıq,zəngin tarixi mədəni irsin qorunması nəticəsində Azərbaycanın mühum
turizm regionuna çevrilmişdir.Əbəs yerə deyildir ki Şəki “acıq səma altında muzey”
adlandırılır.Hazırda Şəki rayonunun
Ərazisi - 2,43 min kv.km
Əhalisi - 177,5 min nəfər
İnzibati vahidlərinin sayi - 1 şəhər,2
qəsəbə,68 kənd.
İqlimi
- alçaq dağlıq zonalarda mülayim,isti,orta və yüksək dağlıq zonalar üçün soyuq
iqlim tipi xarakterikdir.Orta illik temperatur dağ ətəyi ərazilərdə 10
dərəcə,yüksək ərazilərdə ise 0 dərəcədən aşağıdır.
Əsas çaylari - Kiş,Şin,Daşağıl.
Sənayesi
- ipəkçilik,yeyinti və toxuculuq.
Kənd
təsərrüfatı - taxıl,üzüm,tütün,heyvandarlıq,meyvə və giləmeyvə.
Nəqliyyatı: Şəkini Azərbaycanın digər
rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi – dəmir yolu və avtomobil
yolları birləşdirir.Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir.
Coğrafi şəraiti: Şəki Azərbaycanın şimal –qərbində , Böyük Qafqaz dağlarının
cənub yamacında , dəniz səviyyəsindən 632 metr yüksəklikdə yerləşir.Bol su
ehtiyatı, normal rütubət balansı ,
məhsuldar torpaqlar , zəngin meşə
örtüyünə malikdir.Qonur dağ-meşə,qəhvəyi dağ-meşə,çəmən- meşə , boz, qonur
torpaqlar geniş yayılmışdır.Meşələrdə palıd, fıstıq , qoz ağacları üstünlük
təşkil edir.Heyvanat aləmi zəngindir.
Hiç yorum yok:
Yorum Gönder