Dağıldı
nökərim, həm malım mənim.
Neçə
kərə əzmi-səfər eylədim,
Tərsə
təbdil oldu iqbalım mənim.
Fələk
bükdü belim, oxşatdı yaya,
Axıtdı
yaşımı döndərdi çaya,
Axır
gündə ömrüm keçdi ah-vaya,
Lap
pərişan oldu əhvalım mənim.
Oldum zarü-giryan,
vardım hər yana,
Bir
kimsənə imdad qılmadı mənə,
Müzəyyən otağım
qaldı düşmənə,
Tarac
oldu taxtım, həm malım mənim.
Qırıldı
bəylərim, cümlə havadar,
Üzüldü,
əlimdən getdi ixtiyar,
Məclisimdə
sayılmayan adamlar
Geydilər
atlasım, həm şalım mənim.
Nuxalı eylədi
canım qəsdimi,
Yığılıb
yer-yerdən tutdular məni,
Kəsdi
yağı cəllad başım üstünü,
Yetdi
yaman yerə, vay halım mənim.
Üz
tutdum, çağırdın o zülcəlalı,
Muradım
əksini mən gördüm, vəli.
Xəstə Müştaqi’yəm,
qaldı üzülü
Əziz
balam sarı, ah, əlim mənim.
Hiç yorum yok:
Yorum Gönder