
Əz an in cümlə (–yəni: o cümlədən), ismi
məlum Zaman bəy də (?) bu ittifaqda ki, cümlətani ki altmış adam olurlar,
gecə ilən gəlib dağda gizlənib. Səhərdən, adamlar divandan dağılandan sonra
qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi)
bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub,
qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus
xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt
xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) qurğuşunlu otaqda imiş. Bu
əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə
atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub
verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra,
özünə yara yerləşib, ixtiyardan düşür. Axirələmür (–yəni: nəhayət), qapını
sındırıb və xanı qətlə yetiriblər (Bu yəqin ki səhvdir! Əslində onu bir həftə
saxladıqdan və hansisa müqaviləyə imza atdırdıqdan sonra boğdurmaq yolu ilə
edam etmışdilər. Bax: M. V. Vidadinin aşağıdakı müxəmməsinə!). Xan
vəfat etmiş, Səki əhli xəbərdar olub bir parası qalaya hücum edirlər, qapını
bağlı görüb. Və içəridən düşmüş adamları cavab verirlər ki xan qətlə yetişibdir
və Hacı Əbdülqadir taxtda əyləşib, bir nəsildir, siz əbəs yerə səy edib təzə
xana asi olmayın. Bu söz ilə əhli-Şəki rücu’ (yəni:–dağılışmaq)
edirlər və xan da vəfat edir: tarix-i min yüz doxsan dörddə, hicrətdə (–yəni:
1780-cı ildə).
Hiç yorum yok:
Yorum Gönder