Hüseyn xanın əyyami-hökuməti iyirmi iki il
olduqda, Hacı Əbdülqadir fürsət tapıb, qəflətən bir gün məxfi gəlib, yanında
olan Ərəş və Şəki bəyləri ilə. Ərəş bəylərindən yanında olan bəylər Məlik
Əlinin əqrəbalarından imiş, hansı ki Məlik Əlini qətlə yetirməkli ədavətinə.
Şəkidən olan bəylər Hacı Şeyx Əli nəslindən olub, onların da Hacı Rəsul bəy ki,
Hacı Şeyx Əlinin oğlu və (Məhəmmədhüseyn xanın) yeznəsidir, bunu qətlə
yetirməyi cəhətindən kinədar olublar imış. Hacı Rəsul bəyi qətl etməyinə bağışladar
ki, mərhumda Hüseyn xanın həmşirəsi (–yəni: bacısı) olub və Hüseyn xan bacısına
hörmət edərmiş və amma Hacı Rəsulun qəlbindən xanlıq keçirmiş. Bir gecə öz
hərəminə – xanın həmşirəsidir, söhbətində sual edir ki sən xan həmşirəsi
olmaq, yaxud xan hərəmi olmaq istərsən? Hərəmi nə cavab veribsə naməlumdur.
Ancaq məxfi, qardaşı xana bu keyfiyyəti xəbər edib. Xan xəbərdar olduqda Hacı
Rəsul bəyin hərəkətinə diqqət edib görür ki, həqiqətən də xanlıq
tədarükündədir. Bir gün hüzuruna tələb ed ib boğdurmaq ilə qətlə yetirir.
Əz an in cümlə (–yəni: o cümlədən), ismi
məlum Zaman bəy də (?) bu ittifaqda ki, cümlətani ki altmış adam olurlar,
gecə ilən gəlib dağda gizlənib. Səhərdən, adamlar divandan dağılandan sonra
qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi)
bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub,
qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus
xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər. Bu vaxt
xan da hərəmxanasına mütəssil (–yəni: bitişik) qurğuşunlu otaqda imiş. Bu
əhvalatdan xəbərdar olub, içəridən qapıları bağladıqdan sonra bunlar ilə
atışmaq başlayır. Ancaq yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub
verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirtdəndən sonra,
özünə yara yerləşib, ixtiyardan düşür. Axirələmür (–yəni: nəhayət), qapını
sındırıb və xanı qətlə yetiriblər (Bu yəqin ki səhvdir! Əslində onu bir həftə
saxladıqdan və hansisa müqaviləyə imza atdırdıqdan sonra boğdurmaq yolu ilə
edam etmışdilər. Bax: M. V. Vidadinin aşağıdakı müxəmməsinə!). Xan
vəfat etmiş, Səki əhli xəbərdar olub bir parası qalaya hücum edirlər, qapını
bağlı görüb. Və içəridən düşmüş adamları cavab verirlər ki xan qətlə yetişibdir
və Hacı Əbdülqadir taxtda əyləşib, bir nəsildir, siz əbəs yerə səy edib təzə
xana asi olmayın. Bu söz ilə əhli-Şəki rücu’ (yəni:–dağılışmaq)
edirlər və xan da vəfat edir: tarix-i min yüz doxsan dörddə, hicrətdə (–yəni:
1780-cı ildə).
Hiç yorum yok:
Yorum Gönder